...

AFFA "Xəzər Lənkəran"ın 6 xalını bu gün bərpa edəcək

İdman Materials 26 Aprel 2012 14:09 (UTC +04:00)
FİFA-dan AFFA-ya növbəti məktub daxil olub. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir
AFFA "Xəzər Lənkəran"ın 6 xalını bu gün bərpa edəcək

Azərbaycan, Bakı, 26 aprel /Trend/

FİFA-dan AFFA-ya növbəti məktub daxil olub. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Məlum olduğu kimi, FİFA-nın məktubuna əsasən, "Xəzər Lənkəran" futbol klubunun hesabından AFFA-nın İntizam Komitəsinin qərarı ilə 6 xal silinib. Məsələ ilə bağlı FİFA-dan AFFA-ya növbəti məktub daxil olub.

AFFA-nın baş katibi Elxan Məmmədov məsələ ilə əlaqədar affa.az saytına fikirlərini bildirib.

"Məktubda qeyd olunur ki, AFFA ilə FİFA arasında 2012-ci il aprelin 18-də aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və "Xəzər Lənkəran" FK-nın hesabından silinmiş 6 xalın geri qaytarılması ilə bağlı qərarın çıxarılmalı olduğunu bildirib. Bununla əlaqədar, AFFA-nın İntizam Komitəsinin bu gün keçiriləcək növbədənkənar iclasında FİFA-nın tələbinə uyğun qərar qəbul olunacaq. Biz çox şadıq ki, "Xəzər Lənkəran" klubu ətrafında cərəyan edən bu məsələ ilə bağlı ədalətli qərar çıxarılacaq", - baş katib deyib.

Xəbər lenti

Xəbər lenti