...

"Neftçi" braziliyalı futbolçunu heyətə qatıb

İdman Materials 20 İyun 2012 13:51 (UTC +04:00)
"Neftçi" PFK növbəti transferini həyata keçirib. Flaqman braziliyalı futbolçu Bruno Bertuççini heyətə qatıb.
"Neftçi" braziliyalı futbolçunu heyətə qatıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"Neftçi" PFK növbəti transferini həyata keçirib. Flaqman braziliyalı futbolçu Bruno Bertuççini heyətə qatıb.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, bu gün komandanın məskunlaşdığı Bolu şəhərində "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.

Tədbirdə çıxış edən Sadıq Sadıqov 22 yaşlı futbolçuya uğurlar arzulayıb.

Bruno Bertuççi də öz növbəsində "Neftçi"nin uğurları üçün çalışacağını bildirib: "Mənim hədəfim həmişə iddalı klublarda çıxış etmək olub. Braziliyanın gənclərdən ibarət yığmasında da çıxış etmişəm. Bilirəm ki, "Neftçi" Azərbaycanın ən köklü və böyük tarixi olan klubudur. Belə komandada oynamaq mənim üçün böyük qürurdur. "Neftçi" kimi iddalı klubun Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanması üçün əlimdən gələni edəcəyəm".

Daha sonra "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov yeni transfer Bruno Bertuççiyə 16 nömrəli futbolkanı təqdim edib.

Bertuççi Braziliyanın U-20 komandasının heyətində dünya çempionatının fianl mərhələsində iştirak edib.

Xəbər lenti

Xəbər lenti