...

UEFA: "Avro 2020" ikidən çox ölkənin ərazisində keçirilə bilər

İdman Materials 30 İyun 2012 16:07 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini bəyan edib ki, futbol üzrə 2020-ci il Avropa çempionatı ikidən çox ölkənin ərazisində keçirilə bilər.
UEFA: "Avro 2020" ikidən çox ölkənin ərazisində keçirilə bilər

Azərbaycan, Bakı, 30 iyun /Trend/

UEFA prezidenti Mişel Platini bəyan edib ki, futbol üzrə 2020-ci il Avropa çempionatı ikidən çox ölkənin ərazisində keçirilə bilər. Bu barədə Trend şənbə günü RİA-Novosti-yə istinadən məlumat verir.

Buna qədər Avropa çempionatı maksimum iki ölkənin ərazisində keçirilib. Məsələn, cari qitə çempionatı ("Avro 2012") Ukrayna və Polşada təşkil edilib.

Yeri gəlmişkən, iyulun 1-də Kiyevdə "Avro 2012"-nin finalında İtaliya və İspaniya milliləri qarşılaşacaqlar.

"Avro-2020 Avropanın 12-13 şəhərində keçirilə bilər. Biz belə imkanı nəzərdən keçirəcəyik və dekabr, yaxud yanvarda qərarımızı açıqlayacağıq", - Platini "Avro 2012"-nin yekun mətbuat konfransında qeyd edib.

Avro-2020-yə ev sahibliyi etmək istəyən namizədlərdən biri İrlandiya, Şotlandiya və Uelsin birgə sifarişidir.

Xəbər lenti

Xəbər lenti