...

Azərbaycan ağırlıqqaldıranı yarışları 5-ci yerdə başa vurdu (ƏLAVƏ OLUNUB)

İdman Materials 30 İyul 2012 21:22 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova London Olimpiadasında mübarizəyə başlayıb.
Azərbaycan ağırlıqqaldıranı yarışları 5-ci yerdə başa vurdu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova London Olimpiadasında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 58 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırmada ilk cəhddə 100 kq, ikinci cəhddə 103 kq, üçüncü cəhddə isə 105 kq çəkini başı üzərinə qaldıra bilib.

Qeyd edək ki, 19 yaşlı idmançımızın A qrupunda 10 rəqibi var.

Təkanla qaldırmada atletimiz ilk cəhddə 124 kq çəkinin öhdəsindən gələ bilməsə də, ikinci cəhddə bunu bacarıb. Kostova üçüncü cəhhdə isə 128 kq-ı başı üzərinə qaldırıb.

Ümumi göstəricidə 233 kq nəticə göstərən idmançı yarışları 5-ci yerdə başa vurub.

Xəbər lenti

Xəbər lenti