...

Azərbaycan kuboku uğrunda velosipied yarışları yekunlaşıb

İdman Materials 15 Oktyabr 2012 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Gəncə və Naftalan şəhərləri, eləcə də Samux və Goranboy rayonlarının ərazilərində Azərbaycan Velosiped İdmanı Federasiyasının kuboku uğrunda çoxgünlük ötüşmələr üzrə yarışlar başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından bazar ertəsi Trend-ə bildiriblər ki, 4 gün davam edən yarışlarda velosipedçilər dörd mərhələdə 426 km məsafə qət ediblər. Fərdi və qrup şəklində yarışlara müxtəlif yaş qruplarından olan 50-dək idmançı, eləcə də qonşu Gürcüstandan olan iki komanda qoşulub.

Dörd mərhələnin nəticələrinə görə U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov qalib olub. Tural Xanmedov ikinci, Bakir Dadaşov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Ruslan Hüseynov bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. Xosiauri Dimitriy (Gürcüstan) ikinci, Elgün Əlizadə isə üçüncü yerləri tutublar.

Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov bütün mərhələlərdə hamıdan çox xal toplayaraq birinci yerə çıxıb. Aqşin İsmayılov ikinci, Gürcüstan təmsilçisi Georgi Nadiradze isə üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti