Azərbaycan, Bakı, 7 dekabr /Trend/
UEFA bu həftə yekun vurulun Avroka kuboklarının oyunlarından sonra klubların növbəti reytinq siyahısını açıqlayıb.
Trend-in məlumatına görə, "İnter"lə bərabərə qalan "Neftçi" 21 pillə irəliləyərək 226-cı yerə yüksəlib. Bununla paytaxt təmsilçisi reyqinqdə bu günə qədər Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malik olmuş "Qarabağ"ı da geridə qoyub. Ağdam təmsilçisi isə bir pillə geriləyərək 227-ci yerə düşüb.
Son beş ilin nəticələrinə əsasən, hazırlanan siyahıda Azərbayan klublarından "Bakı" 270 (-1), "İnter" 294 (+1), "Xəzər Lənkəran" 322 (+4), AZAL 373 (+2), "Simurq" 374-cü (+2) yeri tutur.