...

"Barselona" ilə "Neftçi"nin fərqi

İdman Materials 10 Yanvar 2013 15:12 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dekabr ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb.
"Barselona" ilə "Neftçi"nin fərqi

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dekabr ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb.

Trend-in məlumatına görə, 425 komandanın yer aldığı siyahıda Azərbaycandan iki komanda - "Neftçi" və "İnter" klubları yer alıb.

"Neftçi" ötən ilin noyabr ayı ilə müqayisədə 22 pillə irəliləyərək 191-ci yerə qalxıb. Son Azərbaycan çempionunun ehtiyatında 90,5 xal var. Aktivində 60 xal olan Bakının "İnter" klubu isə 15 pillə geriləyərək 425-ci yerə enib.

Siyahıya yenə də İspaniyanın "Barselona" klubu başçılıq edir. Kataloniya təmsilçisi 307 xalla bütün rəqiblərini qabaqlayır. "Çelsi" (İngiltərə) 279 xalla ikinci, "Boka Xuniors" (Argentina) 278 xalla üçüncü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti