...

Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

İdman Materials 31 Yanvar 2013 15:31 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub.
Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, püşkün nəticəsinə əsasən, yığmamız 8-ci qrupda İsrail, Portuqaliya, Norveç və Makedoniya komandalarına qarşı mübarizə aparacaq.

Artıq yığmamızın oyunlarının təqvimi də müəyyənləşib:

8 iyun 2013. Azərbaycan - Makedoniya
7 sentyabr 2013. İsrail - Azərbaycan
10 oktyabr 2013. Norveç - Azərbaycan
15 oktyabr 2013. Azərbaycan - Portuqaliya
15 noyabr 2013. Makedoniya - Azərbaycan
5 iyun 2014. Azərbaycan - Norveç
3 sentyabr 2014. Azərbaycan - İsrail
8 sentyabr 2014. Portuqaliya - Azərbaycan

Qeyd edək ki, Avro 2015-in seçmə mərhələsinin oyunlarına 2013-cü il martın 22-də start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti