...

Çempionlar Liqası: “Mançester Yunayted”, yoxsa “Real”?

İdman Materials 5 Mart 2013 09:51 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilir.
Çempionlar Liqası: “Mançester Yunayted”, yoxsa “Real”?

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilir. Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ən çox maraq doğuran oyunu İngiltərədə "Mançester Yunayted"lə "Real" arasında keçiriləcək.

Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasında meydan sahiblərini 0:0 hesablı heç-heçə də qane edir. "Real" isə növbəti mərhələyə keçmək üçün ya qələbə qazanmalı, ya da birdən artıq qolla istənilən heç-heçəyə nail olmalıdır.

Digər görüş isə Almaniyada baş tutacaq. Belə ki, Dortmundun "Borussiya" komandası Ukraynanın "Şaxtyor"u ilə görüşəcək. Xatırladaq ki, ilk matç 2:2 hesabı ilə başa çatdığından cavab matçında azarkeşləri maraqlı oyun gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti