...

Kriştianu Ronaldo Bakıya gəlir

İdman Materials 14 Mart 2013 18:11 (UTC +04:00)
Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda Azərbaycan milli komandası ilə qarşılaşacaq Potruqaliya yığmasının heyəti açıqlanıb. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Kriştianu Ronaldo Bakıya gəlir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda Azərbaycan milli komandası ilə qarşılaşacaq Potruqaliya yığmasının heyəti açıqlanıb. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Portuqaliya yığmasının heyətində qapıçılar Rui Patrisio ("Sportinq"), Beto ("Sevilya", İspaniya), Eduardo ("İstanbul BB", Türkiyə), müdafiəçilər Joao Pereyra ("Valensiya", İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi - "Real", İspaniya), Silvio ("Deportivo", İspaniya), Bruno Alveş, Luiş Neto (hər ikisi "Zenit", Rusiya), Sereno ("Valyadolid", İspaniya), yarımmüdafiəçilər Raul Meyreleş ("Fənərbaxça", Türkiyə), Migel Veloso ("Dinamo", Ukrayna), Joao Moutinyo ("Porto"), Kustodio ("Braqa"), Karlos Martins ("Benfika"), Paulo Maçado ("Olimpiakos", Yunanıstan), hücumçular Kriştianu Ronaldo ("Real", İspaniya), Danni ("Zenit", Rusiya), Varela ("Porto"), Vyeirinya ("Volfsburq", Almaniya), Pizzi ("Deportivo", İspaniya), Helder Poştiqa ("Saraqosa", İspaniya), Uqo Almeyda ("Beşiktaş", Türkiyə) yer alıb.

Beləliklə, Kriştianu Ronaldonun Azərbaycan paytaxtına yığmanın heyətində gələcəyi dəqiqləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti