Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Tanrıverdiyev/
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində Türkiyənin "Qalatasaray" klubunun rəqibi məlum olub.
Azərbaycanda da xeyli azarkeşi olan "Qalatasaray" klubu ÇL-in 1/4 final mərhələsində Madridin "Real" klubu ilə qarşılaşacaq.
Püşkatmanın digər nəticələri aşağıdakı kimidir:
"Malaqa" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
PSJ (Fransa) - "Barselona" (İspaniya)
"Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya)
1/4 final mərhələsinin ilk oyunları aprel ayının 2-3-də, cavab qarşılaşmaları isə bir həftə sonra - aprel ayının 9-10-da baş tutacaq.