...

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb

İdman Materials 25 Mart 2013 15:12 (UTC +04:00)
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 mart /Trend/

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Buranello Laercio Giovani, Elnur Zamanov, İlkin Hacıyev, Dos Santos Felipe Ribeyro, Eduardo Mello Borges, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Dos Santos Nilson Mashado, Namiq Məmmədkərimov, De Souza Edigleuson Alves, Vitali Borisov, Fərid Ələkbərov, Elnur Qəmbərov, Jadder Dantas heyətə salınıblar.

Millimizin mübarizə aparacağı, Slovakiyada keçiriləcək 2-ci qrupun oyunlarının başlanma vaxtı və qarşılaşmaları idarə edəcək hakimlərin siyahısı:

27 mart
Saat 17:30. Azərbaycan - Norveç
Saat 20:00. Slovakiya - Bosniya və Herseqovina

28 mart
Saat 20:30. Bosniya və Herseqovina - Azərbaycan
Saat 13:00. Slovakiya - Norveç

30 mart
Saat 20:00. Norveç - Bosniya və Herseqovina
Saat 22:30. Azərbaycan - Slovakiya

Hakimlər:
Lemal Paskal - Belçika
Kemal Çetin - Türkiyə
Kalin Kinov - Bolqarıstan
Vitali Rakutski - Belarus

Hakim-İnspektor:
İvan Novak (Xorvatiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti