...

AÇ-2013 son gün: 2 final, 1 bürünc medal görüşü

İdman Materials 23 İyun 2013 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Trend-in məlumatına görə, yarışların son günündə yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində pəhləvanlar qüvvəsini sınayıb.

54 kq

Niyazi Məmmədov ardıcıl olaraq Xorvatiya (7:2) və İtaliyadan (6:2) olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinal görüşü təmsilçimiz üçün uğurlu alınmayıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Rusiya-Rumıniya cütlüyünün qalibi olacaq.

63 kq

1/8 final mərhələsindən mübarizəyə başlayan Sənan Əlimirzəyev bütün rəqiblərindən üstün olub və finala yüksəlib. İsrail təmsilçisini (8:3), macar güləşçini (7:0) və Serbiyadan olan rəqibini (7:0) mübarizərədən kənarlaşdıran pəhləvanımızın finalda rəqibi Ukraynalı idmançı olacaq.

76 kq

İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Buna qədər o, gürcü rəqibini (9:1), bolqar güləşçisini (7:0) və Rusiyalı rəqini (10:2) arxada qoyub. Final qarşılaşmasında rəqib Almaniya təmsilçisi olacaq.

46 kq

İlk görüşündə gürcü rəqibi ilə mübarizədən məğlub ayrılan Namaz Rüstəmov çempionatı medalsız tamamlayıb.

100 kq

Adambek Şidukovun Türkiyə təmsilçisi ilə gərgin keçən ilk görüşündə hesab bərabər (2:2) olsa da qələbə rəqib güləşçiyə verilib, təmsilçimiz mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında Avropa çempionatında mübarizə aparan yunan-Roma güləşçilərimiz yarışların ilk gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Xəbər lenti

Xəbər lenti