...

Berti Foqts: Əsas yaxşı oyun göstərməkdir

İdman Materials 8 Sentyabr 2013 12:49 (UTC +04:00)
Azərbaycan yığması daha yaxşı oynaya bilər. Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunu DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş İsrail - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts deyib.
Berti Foqts: Əsas yaxşı oyun göstərməkdir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycan yığması daha yaxşı oynaya bilər. Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bunu DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş İsrail - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts deyib.

Alman mütəxəssis komandasının 1 xal qazanmasından razı qaldığını bildirib:

"Ancaq mənə elə gəlir ki, bu azdır. Bilirəm ki, komandam daha yaxşı oynaya bilər. Oyundan tam razı qala bilmərəm. Nəticə vacib deyil. Biz Lüksemburqla, Şimali İrlandiya ilə görüşlərdə də qalib gələ bilərdik. Mənim üçün vacib olan yaxşı oyun göstərməkdir. Hər iki oyunda hesabda öndə olsaq da, rəqib son dəqiqələrdə qol vurdu".

Xəbər lenti

Xəbər lenti