...

"Tərəqqi" PFK-nın prezidenti: Klubun fəaliyyətinə xitam verilməyib

İdman Materials 9 Sentyabr 2013 15:22 (UTC +04:00)
"Tərəqqi" Peşəkar Futbol Klubu fəaliyyətinə xitam verməyib. Trend xəbər verir ki, bunu klubun prezidenti Musa Abdullayev deyib.
"Tərəqqi" PFK-nın prezidenti: Klubun fəaliyyətinə xitam verilməyib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

"Tərəqqi" Peşəkar Futbol Klubu (PFK) fəaliyyətinə xitam verməyib. Trend xəbər verir ki, bunu klubun prezidenti Musa Abdullayev deyib.

"Tərəqqi" PFK-nın rəhbəri bildirib ki, əsası 2011-cı ildə qoyulan komandanın ev oyunlarının keçirilməsi, normal məşq etmək üçün stadionun olmaması və bu problemin aradan qaldırılması istiqamətində atdığımız addımların heç bir nəticə verməməsi səbəbindən klub 2013-2014-cü il üçün futbol üzrə Azərbaycan çempionatının I divizionundan kənarda qalmağa məcbur olub.

M.Abdullayevin sözlərinə görə, klubun sponsoru olan Naxçıvan Avtomobil Zavodu komandanı maliyyələşdirməkdə davam etmək niyyətindədir və bu istiqamətdə işlər gedir:

"Bildiyiniz kimi, ötən mövsüm Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) Gəncə stadionunun oyunların keçirilməsi üçün yararsız olması ilə bağlı məlum qərarından sonra komanda qalan oyunlarını Şəmkirdə keçirmək məcburiyyətində qaldı. Futbolun Gəncə azarkeşləri üçün vacib olduğunu və "Tərəqqi" PFK-nın öz doğma şəhərində oynaya bilməməsini nəzərə alaraq, biz komandanın fəaliyyətində müəyyən müddətə fasilə vermək barədə qərar qəbul etdik. Bu səbəbdən də bu il I divizionda keçirilən çempionata qatılmadıq. Hazırda klub olaraq regionlarda olan stadionlarla danışıqlar aparırıq və hesab edirəm ki, yaxın vaxtlarda müsbət nəticə əldə edərək məşqlərimizi bərpa edəcəyik".

Musa Abdullayev əlavə edib ki, hazırda komandanın komplektləşdirilməsi istiqamətində işlər davam edir: "Növbəti mövsümə yaxşı hazırlaşmaq və səviyyəli bir komanda formalaşdırmaq üçün səylərimizi davam etdiririk. Baş məşqçi və futbolçularla danışıqlar aparırıq. Klubun sponsoru Gəncə futbolu adından çempionatda peşəkar səviyyədə çıxış edə biləcək bir komanda qurmaq niyyətindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti