...

Kaka "Milan" üçün pulundan keçdi

İdman Materials 16 Sentyabr 2013 19:10 (UTC +04:00)
İtaliyanın "Milan" komandasının hücuma meyilli yarımmüdafiəçisi Kaka omba əzələsindən zədələndiyinə görə 1 aya yaxın komandasına kömək edə bilməyəcək.
Kaka "Milan" üçün pulundan keçdi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

İtaliyanın "Milan" komandasının hücuma meyilli yarımmüdafiəçisi Kaka omba əzələsindən zədələndiyinə görə 1 aya yaxın komandasına kömək edə bilməyəcək.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, futbolçunun zədə səbəbindən neçə oyun buraxacağı tam dəqiqləşməyib.

Kakanın özü isə zədəsini sağaldanadək əməkhaqqından imtina etmək qərarına gəlib.

Zədə aldığı epizoda toxunan braziliyalı deyib: "Çox uğursuz gün idi, həmin epizodda zədələnəcəyimi düşünmürdüm. "Milan"ın vitse-prezidenti Adriano Qallianiyə dedim ki, mənə müalicə aldığım dövrdə klubun yalnız sevgi və dəstəyi lazımdır. Oynaya bilməyəcəyim dövrdə məvacibdən imtina etmək qərarına gəldim".

Məlumata görə, Kakanın vergini çıxmaq şərtilə illik məvacibi təqribən 4 milyon avrodur. Əgər bu rəqəm doğrudursa, o zaman futbolçu təqribən 300 min avrodan məhrum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti