...

Azərbaycanlı gimnast İtaliyada uğurla çıxış edib

İdman Materials 18 Noyabr 2013 11:26 (UTC +04:00)
İtaliyada А1 seriyası klub çempionatının üçüncü turu Azərbaycanın tanınmış gimnastı Marina Durundanın çıxış etdiyi komandaya yenə medallar gətirib.
Azərbaycanlı gimnast İtaliyada uğurla çıxış edib

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

İtaliyada А1 seriyası klub çempionatının üçüncü turu Azərbaycanın tanınmış gimnastı Marina Durundanın çıxış etdiyi komandaya yenə medallar gətirib.

Kyetinin "Armonia di Abruttso" klubu əsasən onun sayəsində gümüş medala sahib olub. Belə ki, Durunda gürzlərlə hərəkətlərə görə 17,15 bal qazanaraq komanda yoldaşları və bu hərəkətləri yerinə yetirən digər iştirakçılar arasında ən yüksək nəticəyə sahib olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ümumilikdə "Armonia di Abruttso" 296,1 bal toplayıb və aktivindəki 72 xalla əvvəlki kimi turnir cədvəlində birinci yeri tutur. Payızın son günlərində keçiriləcək final turundan qabaq Marinanın klubu Ukraynadan olan dünya çempionu Qanna Rizatdinovanın rəhbərlik etdiyi San-Corcionun "Gimnastika" klubunu üç xalla qabaqlayır.

Apennin yarımadasında bədii gimnastlar "münasibətlərə aydınlıq gətirdikləri" halda Balkan yarımadasında "uçan" gimnastlar artıq dünya çempionunu müəyyən ediblər.

Sofiyada uzunluğa tullanma üzrə 17-18 yaş qrupunda mübarizə aparan Mixail Malkin uğurla çıxış edib. Seçim nəticələrinə görə, o, turnirdə səkkiz ən yaxşı idmançıdan biri olub. Ancaq finalda üçqat saltonun icrası zamanı Malkin səhvə yol verib və nəticədə səkkizinci olub. Bu qrupda tamblinq üzrə turnirin ikinci iştirakçısı Aydın Əliyev 27-ci yeri tutub.

Yuxarı yaş qrupundan olan idmançılara gəldikdə, Ruslan Ağamirov batut üzrə dünya çempionatında ilk dəfə çıxış edib. İdmançımız debütdə 90 iştirakçı arasında 44-cü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti