Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda "Neftçi" PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə müraciətə baxılıb.
Müzakirələrdən sonra AFFA İntizam Komitəsinin Flavinyo barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarın qismən dəyişdirilməsi barədə qərar qəbul olunub. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılır, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunur.
6 aylıq sınaq müddəti ərzində Flavinyo analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.