...

Futzal üzrə Azərbaycan millisinin AÇ-yə hazırlıq planı açıqlanıb

İdman Materials 8 Yanvar 2014 11:09 (UTC +04:00)
Trend AFFA-nın saytına istinadən xəbər verir ki, yanvarın 3-dən 14-dək Bakıda, 15-dən 26-na qədər isə Serbiyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
Futzal üzrə Azərbaycan millisinin AÇ-yə hazırlıq planı açıqlanıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatına hazırlıq planı açıqlanıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, yanvarın 3-dən 14-dək Bakıda, 15-dən 26-na qədər isə Serbiyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.

Toplanış çərçivəsində yığmamız yanvarın 22-də və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, futzal üzrə yığma komandamız yanvarın 28-dən fevralın 9-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. C qrupunda yer alan millimiz yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, dekabrın 3-dən 13-dək İstanbulda təlim-məşq toplanışında olan millimiz Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda 4:1 hesabı ilə qələbə qazanan komandamız ikinci qarşılaşmada 4:6 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti