...

Nazim Süleymanov "Neftçi"nin baş məşqçisi vəzifəsindən istefa verdi

İdman Materials 8 Yanvar 2014 16:02 (UTC +04:00)
Bu gün “Neftçi” PFK-nın baş məşqçisi Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.
Nazim Süleymanov "Neftçi"nin baş məşqçisi vəzifəsindən istefa verdi

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Bu gün "Neftçi" PFK-nın baş məşqçisi Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.

N.Süleymanov istefası ilə bağlı klubun saytına açıqlama verib: "Neftçi" son üç mövsümün çempionudur və hədəf yenə birincilikdir. Mən isə hazırkı şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim. "Neftçi"də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan "Neftçi"yə gələcək oyunlarda uğurlar arzu edirəm".

N.Süleymanovun istefa ərizəsi qəbul edilib. O, bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb.

Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti