Azərbaycan, Bakı, 8 mart /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının XXV turuna strat verilib.
Trend-in məlumatına görə, turun ilk oyunu Sumqayıtda baş tutub. Eyniadlı klub Bakının "İnter" komandasını qəbul edib.
Oyunda yeganə qolu 63-cü dəqiqədə Vaqif Cavadov vurub. Beləliklə, "İnter" səfərdə minimal hesabla qalib gəlib.
"Xəzər Lənkəran" isə səfərdə "Rəvan"ın qonağı olub. 12-ci dəqiqədə Nikola Qliqorov lənkəranlıları önə keçirib. Lakin 21 dəqiqə sonra Orxan Lalayev hesaba tarazlıq gətirib. Matçın son dəqiqələrində isə Miloş Adamoviç bakılılara qələbə qazandırıb - 2:1.
AZAL isə doğma meydanda "Simurq"u sınağa çəkir. Zaqatala təmsilçisi 29-ci dəqiqədə Stepan Polyakın qolu ilə fasiləyə üstün yollanıb.
Qeyd edək ki, sabah keçiriləcək iki oyunla tura yekun vurulacaq.