...

"Yuventus" Sançesin transferi ilə bağlı "Barselona" ilə danışıqlara başlayıb

İdman Materials 15 Aprel 2014 13:59 (UTC +04:00)
İtaliyanın "Yuventus" futbol klubu "Barselona"nın hücumçusu Aleksis Sançesin transferi ilə bağlı danışıqlara başlayıb.
"Yuventus" Sançesin transferi ilə bağlı "Barselona" ilə danışıqlara başlayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

İtaliyanın "Yuventus" futbol klubu "Barselona"nın hücumçusu Aleksis Sançesin transferi ilə bağlı danışıqlara başlayıb. Bu barədə Trend "İnterfaks.ru" saytına istinadən xəbər yayıb.

İtaliya mətbuatı xəbər verir ki, Turin klubunun nümayəndələri 25 yaşlı çililinin agenti Fernando Feliçeviçlə oyunçunun mümkün keçidi ilə bağlı danışıqlara başlayıblar.

"Barselona"ya iki transfer pəncərəsi dövründə yeni oyunçuların qeydiyyatına qadağa qoyulub. Bu isə Sançesin "Yuve"yə keçidinə mane ola bilər, çünki kataloniyalılar futbolçunu əvəz edəcək oyunçu ala bilməyəcəklər.

Cari mövsümdə Sançes İspaniya çempionatında keçirdiyi 29 oyunda 17 qol vurub və 10 uğurlu ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti