...

"Tour de France"ın mərhələ qalibi Azərbaycanda yarışacaq

İdman Materials 2 May 2014 20:51 (UTC +04:00)
Tanınmış almaniyalı velosipedçi Linus Gerdemann Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d'Azerbaidjan-2014” veloyürüşündə iştirak edəcək.
"Tour de France"ın mərhələ qalibi Azərbaycanda yarışacaq

Azərbaycan, Bakı, 2 may /Trend/

Tanınmış almaniyalı velosipedçi Linus Gerdemann Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2014" veloyürüşündə iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Cənubi Afrika Respublikasının "MTN-Qhubeka" Pro-Kontinental komandasının şərəfini qoruyan L.Gerdemannın adı ilkin siyahıda olmasa da, o, son anda Azərbaycana gəlmək istədiyini bildirib.

Qeyd edək ki, L.Gerdemann 2007-ci ildə "Tour de France" veloyürüşünün 7-ci mərhələsinin qalibi adını qazanmaqla liderə məxsus "sarı mayka"nı ələ keçirməsi ilə velosiped aləmində kifayət qədər böyük nüfuz qazanıb.

2014-cü il mövsümündə "MTN-Qhubeka"nın uğurları üçün çalışan 31 yaşlı velosipedçi daha öncə Danimarkanın "CSC Saxo Bank", ABŞ-ın "Leopard" və Almaniyanın "Milram" komandalarının şərəfini qoruyub. O, 10 illik peşəkar velosipedçi karyerası ərzində "Tirreno-Adriatico", "Tour de Suisse", "Tour de l'Ain", "Deutschland Tour", "Bayern Rundfahrt" və "Tour de Luxembourg" kimi nüfuzlu yarışlarda da qələbələr qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti