...

Bakıda Beynəlxalq Dağçılıq Federasiyası Dağların Mühafizəsi Daimi Komissiyasının növbəti iclası keçirilir (FOTO)

İdman Materials 14 İyun 2014 12:00 (UTC +04:00)
Bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Qərb Universitetinin birgə təşkilatçılığı ilə Bakı şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) Dağların Mühafizəsi Daimi Komissiyasının növbəti iclası keçirilir.
Bakıda Beynəlxalq Dağçılıq Federasiyası Dağların Mühafizəsi Daimi Komissiyasının növbəti iclası keçirilir (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Qərb Universitetinin birgə təşkilatçılığı ilə Bakı şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) Dağların Mühafizəsi Daimi Komissiyasının növbəti iclası keçirilir.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə UİAA-nın vitse prezidenti Peter Farkas, Komissiyanın prezidenti Linda Mak Millan, UİAA-nın icraçı katibi Sofi Gerard və komissiyanın müxtəlif ölkələrdən olan nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, bu Beynəlxalq Komissiyanın iclası artıq ikinci dəfədir ki, Bakı şəhərində keçirilir. "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda baş tutan ötən ilki iclası IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə 24-25 oktyabr 2013-cü il tarixində Bakı şəhərində keçirilmişdi.

Beynəlxalq Dağçılıq Federasiyasının mühüm beynəlxalq tədbirinin ikinci dəfə vətənimizin paytaxtında keçirilməsini FAİREX Azərbaycanda Dağ ekosistemlərinin mühafizəsi kimi vacib məsələyə göstərilən diqqətin təzahürü olaraq qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti