...

Ukraynalı məşqçi: Dünyanın heç bir yerində Bakıdakı kimi gimnastika üçün şərait yoxdur

İdman Materials 15 İyun 2014 17:11 (UTC +04:00)
Azərbaycan gimnastlar üçün ən yaxşı şərait təmin etməklə gimnastikanın inkişafında yeni trend yaradır. Bunu Trend-ə Ukrayna milli komandasının məşqçisi İrina Doxina deyib.
Ukraynalı məşqçi: Dünyanın heç bir yerində Bakıdakı kimi gimnastika üçün şərait yoxdur

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan gimnastlar üçün ən yaxşı şərait təmin etməklə gimnastikanın inkişafında yeni trend yaradır. Bunu Trend-ə Ukrayna milli komandasının məşqçisi İrina Doxina deyib.

O, qeyd edib: "Mən dünyanın heç bir yerində gimnastika üçün belə şəraitin yaradıldığını görməmişəm. Gimnastlar üçün yaradılmış şərait həqiqətən də heyranedicidir".

Bakıda ilk dəfə olduğunu deyən İ. Doxina bildirib ki, hələ şəhəri gəzə bilməyib: "Lakin ilkin təəssüratlar çox yaxşıdır. Şəhər gözəldir, insanlar qonaqpərvər və mehribandırlar".

Ukraynalı məşqçi Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının təşkilatçılarına təşəkkürünü bildirib: "Burada olmaqdan çox şadıq. Azərbaycan Gimnastika Federasiyasına bizi səmimi qarşıladığına görə minnətdarıq. Bizim və hər bir komanda üçün belə bayram yaşatdıqlarına görə təşkilatçılara böyük təşəkkürümü bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti