...

Kosta Rika yenə də möcüzə göstərəcəkmi?

İdman Materials 5 İyul 2014 15:22 (UTC +04:00)
Braziliyada keçirilən dünya çempionatının digər 2 yarımfinalçısının adına bu gün aydınlıq gələcək.
Kosta Rika yenə də möcüzə göstərəcəkmi?

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Ulucay Məmmədov/

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının digər 2 yarımfinalçısının adına bu gün aydınlıq gələcək.

Trend-in məlumatına görə, 1/4 final mərhələsi çərçivəsində Argentina-Belçika və Hollandiya-Kosta Rika oyunları baş tutacaq.

Lionel Messinin möhtəşəm oyunu ilə 1/4 finala kimi addımlayan Argentinanın yarımfinal üçün ən böyük ümidi də elə L.Messi olacaq.

Belçika isə Hazard, Fellaini, Mirallas kimi gənc ulduzlarına güvənir.

Oyun iyulun 5-də Bakı vaxtı ilə saat 21:00-da "Naçional de Braziliya" stadionunda keçiriləcək.

1/4 finalın son oyununda isə ötən mundialın finalçısı olan Hollandiya və çempionatın sürpriz komandası sayılan Kosta Rika qarşılaşacaq. Arien Robben, Van Persi, Vesli Sneyder, Dirk Kuyt kimi təcrübəli ulduzlardan ibarət Hollandiya artıq yetərincə sürpriz nəticəyə imza atmış Kosta Rika qarşısında favorit hesab olunur.

Qeyd edək ki, Hollandiya-Kosta Rika oyunu Bakı vaxtı ilə iyulun 6-da saat 01:00-da "Arena Fonte Nova" stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti