Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Ulucay Akif/
Kloze braziliyalı Ronaldonun rekordunu qırdı.
Trend xəbər verir ki, Braziliya ilə oyunda fərqlənən Kloze mundialda vurduğu qolların sayını 16-ya yüksəldərək "yekədiş" ləqəbli Ronaldonu üstələyib.
Qeyd edək ki, Ronaldo bu göstərici üzrə 15 qol ilə lider idi.
Braziliyanın qapısına yol yapmağı bacaran Miroslav Kloze bu çempionatda ikinci qolunu vurub. Final oyununda fərqlənmə ehtimalı olan forvard bu göstəricisini daha da yaxşılaşdıra bilər.
Dünya çempionatlarının ən yaxşı bombardirlərinin sıralaması belədir:
1. Kloze (Almaniya) - 16 qol
2. Ronaldo (Braziliya) - 15 qol
3. Herd Müller (Almaniya) -14 qol
4. Jüst Fonten ( Fransa) - 13 qol
5. Pele (Braziliya) - 12 qol
Fransalı Jüst Fonten 13 qolun hamısını 1958-ci ildə İsveçdə keçirilən mundialda vurub.