...

UEFA reytinqində "Qarabağ"ı dəyərləndirdi

İdman Materials 19 Sentyabr 2014 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

UEFA bu gün klubların növbəti reytinq siyahısını açıqlayıb. Trend-in qurumun saytına istinadən yaydığı xəbərə görə, dünən Avropa Liqasının qrup mərhələsində debüt edən və "Sent-Etyen"lə oyunda xal qazanan "Qarabağ" böyük sıçrayış edib.

Ağdam təmsilçisi 27 pillə irəliləyərək 454 komandanın yer aldığı siyahıda 199-cu yerə qalxıb. Reytinqdə hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici "Neftçi"yə məxsusdur - 171-ci yer.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

172. "Neftçi" (-2)
199. "Qarabağ" (+27)
271. "İnter" (-3)
300. "Xəzər Lənkəran" (+2)
347. "Bakı" (+1)
371. "Qəbələ" (+1)
372. AZAL (+2)

Reyntiq cədvəlinə əvvəlkitək Çempionlar Liqasının son qalibi "Real" başçılıq edir. "Barselona" ikinci, "Bavariya" isə üçüncü yerdədir.

Ölkələrin reytinqində isə Azərbaycan əvvəlkitək 30-cu pillədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti