...

Litvadan bir qızıl, bir gümüş

İdman Materials 11 Noyabr 2014 14:33 (UTC +04:00)
Litvada idmançılarımız möhtəşəm qələbə qazanıblar. Eyni zamanda, Litvada təhsil alan azərbaycanlı gənclər "Girovları azad et!" aksiyasına start veriblər.
Litvadan bir qızıl, bir gümüş

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Litvada idmançılarımız möhtəşəm qələbə qazanıblar. Eyni zamanda, Litvada təhsil alan azərbaycanlı gənclər "Girovları azad et!" aksiyasına start veriblər.

Trend xəbər verir ki, Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri 8-10 noyabrda Litvanın Kaunas şəhərində keçirilən 16-22 yaşlı gənclər arasında Avropa üzrə karate kyokşin çempionatında iştirak edən idmançılarımıza dəstək olublar.

Çempionata 5 idmançı ilə yollanan Azərbaycan heyəti vətənə bir qızıl və bir gümüş medalla dönüb. Hər iki medal 65 kq çəki dərəcəsində əldə olunub. Finalda döyüşən iki azərbaycanlı idmançıdan biri Emin İsmayıllı qızıl medal, digər idmançımız Eltac Hümbətov isə gümüş medal qazanıb.

Bundan əlavə təşkilat üzvləri "Girovları azad et!" virtual flaşmob aksiyasına dəstək olmaq üçün litvalı gənclər arasında virtual petisiya aksiyasına start veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti