Azərbaycan, Bakı, 17 noyabr /Trend/
FİFA referisi Ramil Namazov futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin C qrupunun oyunlarına təyinat alıb. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.
Oyunlar noyabrın 19-dan 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu qrupda Qazaxıstan çempionu "Kayrat"la yanaşı, Estoniyanın "Nikars", Serbiyanın "Ekonomac" və Fransanın "Sportinq Paris" klubları mübarizə aparacaqlar.