...

AFFA Kamran Ağayevi 3 oyun cəzalandırdı

İdman Materials 24 Dekabr 2014 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, iclasda Premyer Liqanın 17 və 18-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Dekabrın 17-də Premyer Liqanın XVII turunun "Bakı" - AZAL matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Dekabrın 18-də Premyer Liqanın XVII turunun "Xəzər Lənkəran" - "Qarabağ" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

Oyunun 12-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

"Sumqayıt" - "Qəbələ" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində "Sumqayıt" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

"İnter" - "Neftçi" matçında "Neftçi" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Dekabrın 21-də Premyer Liqanın XVIII turunun "Qəbələ" - "İnter" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində "İnter" klubunun 10 №-li futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 79-cu dəqiqəsində "Qəbələ" klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirib, bu, hakimin gözündən yayınıb. Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

1. Oyunun 79-cu dəqiqəsində "Qəbələ" klubunun 1 №-li futbolçusu K.Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanıb, klub 3000 manat cərimə olunub.
2. Matçın hakimləri haqqında Hakimlər komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti