...

Bolqarıstan Bakı-2015-ə iki taekvondoçu göndərir

İdman Materials 13 Aprel 2015 21:06 (UTC +04:00)
Bolqarıstan Taekvondo Federasiyası Bakı-2015 Avropa Oyunlarına Vladimir Dalakliev və Teodor Georgievi göndərir.
Bolqarıstan Bakı-2015-ə iki taekvondoçu göndərir

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bolqarıstan Taekvondo Federasiyası Bakı-2015 Avropa Oyunlarına Vladimir Dalakliev və Teodor Georgievi göndərir.

Trend Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, 23 yaşlı V.Dalakliev iki dünya çempionatı və iki Avropa çempionatında iştirak edib, 2012-ci ildə gənclər arasında Avropa çempionu olub. Bakı-2015 Avropa Oyunlarında 68 kq çəki dərəcəsində yarışacaq V.Dalakliev 2011-ci il dünya çempionatında 1/4 finala yüksəlib.

T.Georgiev isə Bakı-2015 Avropa Oyunlarında 74 kq çəki dərəcəsində yarışacaq. 23 yaşlı idmançı bu ilin əvvəlində öz karyerasının ilk titulunu İsveçrə açıq çempionatında qazanıb.

İdmançılar Olimpiya və dünya reytinqlərinə əsasən öz kvota yerlərini əldə ediblər.

Bolqarıstan Taekvondo Federasiyasının internet səhifəsində qeyd olunur: "Bu mühüm nəticə Bolqarıstanın taekvondo döyüşçülərinin məqsədyönlü əməyinin bəhrəsi və bizim bütün məşqçilərimizin, idmançılarımızın və üzvlərimizin nailiyyətidir. Bu Oyunlar üzrə əhəmiyyətli nəticələr Bolqarıstan Taekvondo Federasiyasının 2012-2016-cı illər üzrə Olimpiya dövrü üçün məqsədyönlü siyasəti sayəsində əldə olunub. Azərbaycanda mübarizə aparacaq Vladimir Dalakliev və Teodor Georgiev ölkənin Rio-2016 Olimpiya Oyunlarına yönəlmiş məqsədi istiqamətində irəliyə doğru daha bir addım atıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti