...

Nazim Süleymanova həsr olunmuş kitabın təqdimatı olub (FOTO)

İdman Materials 16 Aprel 2015 19:14 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq kapitanı, “Alaniya”nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı keçirilən tədbirlər davam edir.
Nazim Süleymanova həsr olunmuş kitabın təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan milli komandasının sabiq kapitanı, "Alaniya"nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı keçirilən tədbirlər davam edir.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, bu gün N.Süleymanovun karyerasından bəhs edən "Bitməyən Matç" kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın müəllifi Varisdir.

Beynəlxalq Mətbuat Mərkəzində reallaşan tədbirdə vaxtilə N.Süleymanovla birgə çiyin-çiyinə oynamış veteranlarla yanaşı, Azərbaycan futbol ictimaiyyətinin digər nümayəndələri və mətbuat işçiləri də iştirak ediblər.

Tədbirə təşrif buyuran yazıçı, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək N.Süleymanov barədə xoş sözlər söyləyib.

Digər çıxış edənlər də N.Süleymanovla bağlı xatirələrini, düşüncələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti