...

"Neftçi" və "Alaniya" veteranları qarşılaşacaqlar

İdman Materials 21 May 2015 15:23 (UTC +04:00)
Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunacaq.
"Neftçi" və "Alaniya" veteranları qarşılaşacaqlar

Azərbaycan, Bakı, 21 may /Trend/

Rusiya Federasiyasının Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışan Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunacaq.

Trend AFFA-ya istinadən məlumat verir ki, yubilyar vaxtilə Vladiqafqazı təmsil edən "Alaniya" klubunun heyətində çıxış edib və klub rəhbərliyinin təklifi ilə veteran futbolçulardan ibarət "Neftçi" və "Alaniya" komandaları arasında mayın 24-də yoldaşlıq oyunu keçiriləcək.

N.Süleymanovun müraciətinə əsasən, "Neftçi" veteranlarının səfəri mayın 23-dən 25-dək AFFA tərəfindən təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti