...

Güləşçilərimiz beynəlxalq turnirdə 9 medalla 3-cü oldular (FOTO)

İdman Materials 25 May 2015 10:29 (UTC +04:00)
Gənc güləşçilərimiz Antalyada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Güləşçilərimiz beynəlxalq turnirdə 9 medalla 3-cü oldular (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlkin İzzət/

Gənc güləşçilərimiz Antalyada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir başa çatıb.

Turnirin son günündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov turnirin bürünc medalına sahib olub.

Gənc qızların mübarizəsində isə Səbirə Əliyeva (72 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Final qarşılaşmasında güləşçimiz Rusiyadan olan rəqibini üstələyib.

Beləliklə, güləşçilərimiz Antalyada keçirilən turniri ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

Sərbəst güləşçilərimizdən Teymur Məmmədov (66 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçilərimizdən Nofəl Babayev (50 kq) qızıl, Cavid Feyziyev (120 kq) gümüş, Mikayıl Rəhmanov (55 kq) və Kərim Cəfərov (60 kq) bürünc, gənc qızlardan isə, Səbirə Əliyeva (72 kq) qızıl, Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) bürünc medala yiyələniblər.

Komanda hesabında sərbəst güləşçilərimiz 3-cü yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti