...

Azərbaycan millisi Polo üzrə Avropa Çempionatında ardıcıl 3-cü qələbəsini qazanaraq vahid lider olub (FOTO)

İdman Materials 7 Sentyabr 2015 04:16 (UTC +04:00)
Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda, Polo üzrə Avropa çempionatı davam edir.
Azərbaycan millisi Polo üzrə Avropa Çempionatında ardıcıl 3-cü qələbəsini qazanaraq vahid lider olub (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda, Polo üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Trend-ə verilən məlumata görə, yarışın 3-cü günü Azərbaycan milli komandası, İrlandiya seçməsi ilə qarşılaşıb. Görüş seçməmizin 7-4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarınını sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11-1. Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş Almaniyalı polo ustalarının 8-5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-u ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00 -da başlayacaq. Saat 18:00 -da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.

İnformasiya dəstəyi: Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti