...

Bakıda eşitmə qüsuru olan şahmatçıların I Avropa çempionatı keçirilib

İdman Materials 5 Oktyabr 2015 18:14 (UTC +04:00)
Bakıda Respublika Şahmat Mərkəzində eşitmə qüsuru olan şahmatçılar arasında milli komandaların (qadınlar və kişilər) 1-ci Avropa çempionatı və eşitmə qüsuru olan şahmatçılar arasında 22-ci Avropa klub çempionatı keçirilib.
Bakıda eşitmə qüsuru olan şahmatçıların I Avropa çempionatı keçirilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bakıda Respublika Şahmat Mərkəzində eşitmə qüsuru olan şahmatçılar arasında milli komandaların (qadınlar və kişilər) 1-ci Avropa çempionatı və eşitmə qüsuru olan şahmatçılar arasında 22-ci Avropa klub çempionatı keçirilib.

Trend-in məlumatına görə, çempionatda ölkəmizlə yanaşı, Almaniya, Xorvatiya, İsrail, Polşa, Ukrayna, Rusiya, İngiltərə, İsveçrə və Qazaxıstanın yığma komandaları iştirak ediblər. Yarışlar dairəvi sistem üzrə 5 turdan ibarət keçirilib.

Çempion adını aktivinə 13 xal yazdırmağı bacaran Polşanın kişilərdən ibarət yığma komandası qazanıb. 2-ci yerə 12.5 xalla Xorvatiya komandası, 3-cü yerə isə 12 xalla Ukrayna komandası çıxıb. Azərbaycanın milli komandası isə 4 xalla 6-cı yeri tutub.

Qadın komandaları arasında keçirilən Avropa çempionatının qalibi isə 8 xal toplayan Ukrayna yığması olub. Polşa komandası 6 xalla 2-ci, Xorvatiya komandası isə 5.5 xalla 3-cü yerə çıxıb.

Almaniyanın "Halle/S" klubu 14.5 xalla klublar arasında 22-ci Avropa çempionu olub. Çempionatın gümüş mükafatçısı 12 xal toplayan Rusiyanın "Moskva" klubu, bürünc mükafatçısı isə 11.5 xal toplayan İngiltərənin "London" klubu olub. Ölkəmizi təmsil edən "Baku" klubu isə sonuncu yeri tutub.

İnformasiya dəstəyi: Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti