Baş məşqçidən azarkeşlərə çağırış: "...Oyunlarımıza mütləq gəlsinlər"

Baş məşqçidən azarkeşlərə çağırış: "...Oyunlarımıza mütləq gəlsinlər"

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Trend 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun Affa.az saytına müsahibəsini təqdim edir

- Avropa çempionatının seçmə mərhələsinə hazırlıq necə gedir?

- Noyabrın 2-dən təlim-məşq toplanışındayıq. "İnter"dən İlkin Sadıqov, "Neftçi"dən isə Kamran Nəcəfzadə zədəli olduğuna görə komandaya qoşulmayıblar. Hazırlığımız plana uyğun şəkildə - gündə 2 məşq olmaqla davam edir. Komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşıb. Hazırlıq üçün hər cür şərait yaradılıb. "Dərslər"imiz pis getmir, qalır "imtahan"dan üzüağ çıxmaq.

- Futbolçuların ümumi hazırlıq səviyyəsi necədir?

- Pis deyil. Çünki oktyabrın 5-dən 19-na qədər Sloveniyada təlim-məşq toplanışı keçirmişik. Bakıya döndükdən sonra onlar son 11 gün ərzində klublarında olub, əvəzedici komandaların heyətində oyunlar keçiriblər. Hazırda iki futbolçumuzun səhhətində problem var, qrip yoluxublar.

- Vacib oyunlar ərəfəsində sizi daha çox hansı problemlər narahat edir?

- Bu yaş qrupundan ibarət komandalara çoxsaylı beynəlxalq oyunlar keçirmək vacibdir. Biz bu futbolçuları öz yaşıdlarından ibarət yığma komandalarla oyunlarda yoxlamalıyıq. Yaxşı olar ki, daha güclü rəqiblərlə - hansısa ölkənin U-21 yığması ilə qarşılaşsınlar. Çünki problemlər, çatışmazlıqlar güclülərlə oyunda görünür. Sloveniyadakı təlim-məşq toplanışı zamanı planlaşdırdığımız oyunlardan biri əlverişsiz hava şəraiti üzündən baş tutmadı. Amma 3 oyunda gücümüzü sınadıq. 1:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmada daha yaxşı təsir bağışladıq və çox məqamları gördük. Digər 2 oyunda qələbə qazandıq. Ancaq qalib gəldiyin oyunda çatışmazlıqları o qədər də dəqiq görə bilmirsən.

- Bu komanda ilə ilk toplanışınızı bu ilin mayında keçirdiniz. O vaxtdan bu günə qədər hansı dəyişiklər diqqət çəkir?

- İlk tanışlığımız mayın sonu - iyunun əvvəlində baş tutdu. Həmin ərəfədə çempionat yekunlaşmışdı. İyulda isə futbolçuların əksəriyyəti məzuniyyətdən gəlmişdilər, hazır deyildilər, çatışmazlıqlar çox idi. Daha sonra Malta ilə iki oyun keçirdik, Gürcüstanda və Sloveniyada təlim-məşq toplanışlarında olduq. Bu sonuncu hazırlıq dövrümüzdür və bəhrəsini görməliyik.

- Elnur Cəfərov sabah komandadan ayrılıb Lənkərana gedəcək və noyabrın 8-də Topaz Premyer Liqasının "Xəzər Lənkəran" - "Qarabağ" oyununda iştirak edəcək. Bu, gənc futbolçuya noyabrın 10-da Ukrayna ilə keçiriləcək oyuna hazırlaşmaqda çətinlik yaratmayacaq ki?

- Əlbəttə, problem yaradacaq. Millinin məşqçisi kimi Elnurun yığmaya kömək etməsini istərdim. "Xəzər Lənkəran" "Qarabağ"ı Lənkəranda qəbul edəcək. FIFA-nın transfer qadağası üzündən "Xəzər Lənkəran" heyətini gücləndirə bilməyib. Buna görə də bu komandanın heyətində kifayət qədər futbolçu yoxdur. Komandanın baş məşqçisi Yunis Hüseynovla söhbətimiz zamanı da onu anlayışla qarşılamağımı istədi. Çünki 14-15 futbolçusu var, onlardan da ikisi-Adrian Skarlatake və Orxan Əliyev cərrahiyyə əməliyyatı olunacaq. Yunis müəllim xahiş etdi ki, Elnur "Xəzər Lənkəran"a kömək etsin. Oyundan dərhal sonra futbolçunu U-19-un düşərgəsinə çatdıracaqlarına söz verdi. Əlbəttə, vəziyyəti başa düşürəm, amma U-19-un il ərzində gördüyü işlərin nəticəsi bu 3 oyunda ortaya çıxacaq. Çempionat isə il ərzində davam edir. İndi qalır Elnurla bərpa prosesini necə keçəcəyimizə. Təki millinin düşərgəsinə zədəsiz qayıtsın.

- Rəqiblərin oyunlarını izləmisinizmi?

- Müəyyən məlumatlar əldə etmişik. AFFA tərəfindən Ukrayna - Polşa, eləcə də Türkiyə - İtaliya oyunlarının videoyazısı mənə təqdim edilib. Bosniya və Herseqovina yığmasının oyununu isə Makedoniyada stadiondan izlədim. Hər 3 rəqibimiz güclüdür. Bununla bizim futbolçuların onlardan zəif olduğunu demək istəmirəm, sadəcə, bir qədər diqqətli olmağımız lazımdır. Bunu bacarsaq, mərhələ adlaya bilərik.

- AFFA rəhbərliyi komanda ilə görüşüb. Qarşıya hansı məqsəd qoyulub?

- Bir məqsədimiz var - mərhələ adlamaq. Hər bir futbolçu bunu dərk etməli, verdiyimiz tapşırıqları meydanda icra etməlidir. Yeri gəlmişkən, azarkeşlərə, millini sevənlərə səslənmək istəyirəm ki, oyunlarımıza mütləq gəlsinlər. Niyə yığmamızı dəstəkləməyək?! Gəlsinlər, dəstəkləsinlər, biz də çalışacağıq ki, onları sevindirək.

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 341-ə, vakansiyaların sayı 1484-ə çatıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 341-ə, vakansiyaların sayı 1484-ə çatıb
Temperatur yüksəlir: 43 dərəcəyədək isti olacaq
Temperatur yüksəlir: 43 dərəcəyədək isti olacaq
Sabah 41 dərəcəyədək isti olacaq
Sabah 41 dərəcəyədək isti olacaq
Loading Bars
Xəbər lenti
İnsanlar sevdikləri işlə məşğul olduqda daha məhsuldar və yaradıcı olurlar - Filial rəhbəri (FOTO)
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 341-ə, vakansiyaların sayı 1484-ə çatıb
Temperatur yüksəlir: 43 dərəcəyədək isti olacaq
İranda ötən sutka 39 min nəfər koronavirusa yoluxub, 378 nəfər ölüb
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO)
Medianın İnkişafı Agentliyində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru ilə görüş olub
Qarabağı DAHA YAŞIL bərpa edək!
Paşinyan yeni hökumətini formalaşdırır - Altı nazir təyin edildi
Eldəniz Səlimov saxlanılıb
Təyyarələrimiz Zəngəzur üzərindən uçsa, qiymətlər ucuzlaşa bilər - Ekspert
Sabah 41 dərəcəyədək isti olacaq
Astarada 85 yaşlı qadın yanğında ölüb
Aİ-98 benzini niyə bahalaşıb?
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisini qəbul edib (FOTO)
Eldəniz Səlimovu hansı cəza gözləyir?
Kanadanın baş naziri ABŞ prezidentinə mərcdə uduzub
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi
Baş prokuror Eldəniz Səlimova qarşı cinayət işinin maddəsinə aydınlıq gətirib
Məşhur Hollivud filminin əsasında serial çəkiləcək
Ən təhlükəli qida allergenlərin siyahısı açıqlanıb
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
BTQ ilə daşınan konteynerlərin sayı 60 faizdən çox artıb
Spikerdən sərt reaksiya: Deputatın yiyəsi xalqdır
Hindistanda hərbi helikopter qəzaya uğrayıb
Yardımlı meşəsində yanğının söndürülməsinə helikopter cəlb edilib
“İnfiniti”və “Extra” gecə klublarının rəhbərləri həbs ediliblər (FOTO)
"bp"nin mənfəəti 3 milyard dollardan çox olub
Narkotikə görə polis şöbəsində saxlanılan şəxs ölüb
Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Yüngül atlet Ramil Quliyev Olimpiya Oyunlarında yarımfinala yüksəlib
Cəlilabadda metamfetamin satanlar saxlanılıb
Azərbaycanda baramaçılıqla bağlı yeni dövlət standartı təsdiq edilib
Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir - Komissiya sədri
Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı təqdimatımın kifayət qədər əsasları var - Baş prokuror
Karantini pozan restoran icarədarı həbs edilib (FOTO)
“Rabita Mobile” ilə kredit ödə və dəyərli hədiyyə qazan!
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda peşəkar dövlət idarəçiliyi mövcuddur - Deputat
Müəlllimlər üçün vakansiya seçiminə start verilir
Paytaxtda 8 yeni məktəb binası inşa olunur (FOTO)
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam məsələsini müzakirə edir
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada tapıldı (FOTO/VİDEO)
Sabahdan bu marşrut xətti kartla ödənişə keçir
USAID Azərbaycanda post-münaqişə bərpa layihələrində iştirak etməyi planlaşdırır
Arvadını qətlə yetirən hakimin məhkəməsi başlayır
Azərbaycanda qızıl bahalaşıb
Füzulidə sərhəd pozucuları saxlanılıb, külli miqdarda narkotik götürülüb
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
Həyat yoldaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
Metroda 4 yeni qatar xəttə buraxılıb (FOTO)
Tovuzda yeni avtomobil tuneli inşa edilir (FOTO)
Sumqayıtda güzəştli mənzillər nümayiş olunub (FOTO)
“YAŞAT düşərgəsi”nə “Shokki Mokki”dən dəstək (FOTO)
Gəncə Dövlət Universitetinin məzunu MİQ imtahanında ən yüksək bal toplayıb
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Türkiyədəki yanğınla bağlı yardım kampaniyasına qoşulub (FOTO)
Karantini pozan gecə klubunun icarədarı 4000 manat cərimələnib
Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə edəcək
Yenə döyüşə getməyə hazıram - Ayağını itirən Qarabağ qazisi (Trend TV)
ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək
Avqustun 3-də xarici valyutaların manata qarşı məzənnələri
ABŞ-da dövlət borcu limitini keçdiyi üçün əlavə təcili tədbirlər görülür
Polşada qeyri qanuni siqaret istehsalçıları büdcəyə 3,8 milyon avro ziyan vurublar
Serbiya qaz mənbələrinin şaxələndirilməsi üçün "Cənub Qaz Dəhlizi"nə maraq göstərir - Nazir (Müsahibə)
BVF dünya iqtisadiyyatının bərpası üçün 650 milyard dollarlıq ehtiyat aktivləri ayırıb
Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha beş il uzadıla bilər
Güləşçimiz Tokioda bürünc medal uğrunda mübarizə aparacaq
İndoneziya sahillərində zəlzələ baş verib
Estoniyada prezidentliyə Elmlər Akademiyası rəhbərinin namizədliyi təsdiqlənib
Britaniyada koronavirusa yoluxanların sayı 5,9 milyonu ötüb
İranda zəlzələ olub
Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
"İnstagram"ın işində qüsurlar yaranıb
İranda dörd nəfər daşqın qurbanı olub
Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində pley-offa vəsiqə qazanıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 70 milyon dollara yaxın artıb
Bərdədə ağır yol qəzası baş verib (FOTO)
Azərbaycanda tikinti materiallarının istehsalı artıb
"YouTube" kanalı milyard dollarlıq mərc təklif edir (VİDEO)
Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar - Ekspert
Azərbaycanda zəlzələ qeydə alınıb
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölənlər var
Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştamm yarana bilər - Ekspert
Zəngəzur dəhlizi bölgənin iqtisadi inkişafina ciddi təsir göstərəcək - Deputat
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni belə davam etdirir (FOTO/VİDEO)
Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil - MN
"Pallone düzəlişi"ni dəstəkləyənlər ABŞ-dakı erməni diasporu ilə əməkdaşlıqdan faydalanmağa çalışır – Metyu Brayza
Azərbaycan Türkiyəyə 400 milyon kubmetrdən çox qaz ixrac edib
Azərbaycanda qida məhsullarının istehsalı artıb
Qardaş Türkiyə bu problemin də öhdəsindən gələcək - Deputat
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-MN
Rusiyaya meyvə-tərəvəzin ixracı ilə bağlı qoyulan tələblər sahibkarlarla müzakirə olunub
40 kiloqramdan artıq heroin və metamfetaminin satışa çıxarılmasının qarşısı alınıb (FOTO/VİDEO)
Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb (FOTO/VİDEO)
"Lukoyl" yeni neft yatağında ehtiyatların qiymətləndirilməsinə başlayacaq
Türkiyə meşələri üçün tək ürək oldu
İş adamları üçün yeni imkanlar
"Taliban" Əfqanıstanda teleradio mərkəzini ələ keçirib
Bütün xəbərlər