Bakı. Trend:
"Zirə" klubu qış transfer pəncərəsinin son günlərində heyətini daha bir futbolçu ilə gücləndirib.
Trend klubun saytına istinadən məlumat verir ki, "Qarabağ"dan ayrılan Elvin Məmmədov karyerasını "Zirə"də davam etdirəcək. Yığma komandamızın da formasını geyinən yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.
Xatırladaq ki, E.Məmmədov "Qarabağ", "Turan" ilə yanaşı, "İnter" və "Bakı"da da çıxış edib.