...

Millimiz dünya çempionatına qələbə ilə başlayıb

İdman Materials 13 Sentyabr 2016 05:38 (UTC +04:00)
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib
Millimiz dünya çempionatına qələbə ilə başlayıb

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, millimiz Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Mərakeş yığması ilə qarşılaşıb. Futzalçılarımız 5:0 hesabı ilə qələbə qazanıb.

Oliveira Villiams De Naskimentonun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Everton Cardoso və Thiago Bolinha fərqlənib.

Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 15-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16 sentyabr, saat 03:00) Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığmasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti