...

Futzalçılarımız yarımfinala doğru

İdman Materials 23 Sentyabr 2016 08:15 (UTC +04:00)
Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib
Futzalçılarımız yarımfinala doğru

Bakı. Trend:

Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz 1/8 final mərhələsində Tailand yığması ilə qarşılaşıb. Rəqibə 13:8 hesabı ilə qalib gələn futzalçılarımız 1/4 finala yüksəlib.

Növbəti rəqib Portuqaliyadır.

Bu görüş sentyabr 26-da Bakı vaxtı ilə saat 03:00-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti