...

"Kəpəz" və "İnter" cərimələndi

İdman Materials 1 Noyabr 2016 13:05 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Kəpəz" və "İnter" cərimələndi

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərralar qəbul olunub.

Oktyabrın 30-da Premyer Liqanın X turunun “Zirə” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Bundan başqa, “İnter” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub.

“İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti