...

Uşaq Gənclər Futbol Federasiyasına yeni prezident seçilib

İdman Materials 23 Dekabr 2016 13:37 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyində Uşaq Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib.
Uşaq Gənclər Futbol Federasiyasına yeni prezident seçilib

Bakı. Trend:

Bu gün Gənclər və İdman Nazirliyində Uşaq Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, şöbə müdiri Fərid Mansurov, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak ediblər.

A.Rəhimov uşaq futbolunun inkişafının önəmindən danışıb və qeyd edib ki, ölkədə yeniyetmələr, gənclər arasında bu idman növünə maraq hər zaman yüksəkdir. Bu səbəbdən uşaq futbolunun inkişafı önəmli rol oynayır.

Daha sonra səsvermə nəticəsində Milli Məclisin deputatı R.Əliyev Uşaq Gənclər Futbol Federasiyasına prezident seçilib.

Bundan başqa, 2012-ci ilin iyul ayından Üzgüçülük Federasiyasının prezidenti vəzifəsindən çalışan millət vəkili Xanlar Fətiyev 2016-cı ildə keçirilən növbəti hesabat-seçki konfransında 2017-2020-ci illər üçün yenidən federasiya prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti