...

İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-dan satışa çıxarılır

İdman Materials 7 Fevral 2017 14:45 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq.
İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-dan satışa çıxarılır

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq.

Trend-in məlumatına görə, Oyunlarda idmanın 20 növü üzrə 500 mindən çox biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.

Qiymətləri 2 manatdan başlayacaq biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri isə “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Həmçinin Oyunların keçiriləcəyi 16 idman obyektində satış köşkləri fəaliyyət göstərəcək.

Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manatdır. Bakı-2017 Təşkilat Komitəsi 16 yaşına kimi bütün gənc nəsli 13 idman arenasında keçirilən sessiyalar üçün güzəştli biletlərdən yararlanmağa səsləyir. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır.

Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış mərasiminə isə 10-100 manat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti