Bakı. Trend:
Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində ötən gün Albaniya yığması ilə qarşılaşan Azərbaycan milli komandası 5:0 hesabı ilə qələbə qazanıb.
Trend-in məlumatına görə, yığmamızın qollarını Kardosa Everton, Eduardo Mello Borqes, Olivyera Vilyams de Naskimento, Namiq Məmmədkərimov və Xətai Bağırov vurub.
Bundan əvvəl millimiz Bosniya və Herseqovina komandasına 5:4 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində son oyununu aprelin 11-si saat 20:00-da Bakı İdman Sarayında Macarıstana qarşı keçirəcək.