Bakı. Samir Əli - Trend:
İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi çox böyük hadisədir.
Bunu Trend-ə Azərbaycanın Rus İcması sədrinin birinci müavini Yuri Zenin deyib.
O qeyd edib: " Oyunlara hazırlıq, təşkilatçılıq bizi heyran edib. Azərbaycan tolerant ölkədir və İslam Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunu dünyada daha artıracaq".
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.