...

Ramilə Kaştayeva: IV İslam Həmrəyliyi Oyunlarında qələbə karyerama qızıl hərflərlə yazılıb

İdman Materials 14 May 2017 20:02 (UTC +04:00)
Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında qələbə karyerama qızıl hərflərlə yazılıb
Ramilə Kaştayeva: IV İslam Həmrəyliyi Oyunlarında qələbə karyerama qızıl hərflərlə yazılıb

Bakı. Vüqar İmanov - Trend:

Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında qələbə karyerama qızıl hərflərlə yazılıb.

Bunu Trend-ə parücüdo üzrə 70 kq çəki dərəcəsində qızıl medal qazanmış azərbaycanlı paracüdoçu Ramilə Kaştayeva deyib.

Qızıl medal qazanmış idmançı deyib: “Mən dünya və Avropa birinciliklərinin mükafatçısı və Paralimpiadanın iştirakçısı olmuşam. Amma İslamiadaya xüsusi şəkildə hazırlaşırdım. Çünki doğma meydanda yalnız birinci yeri hədəfləmişdim”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər lenti

Xəbər lenti