Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir.
Trend-in məlumatına görə, qadın idmançılardan ibarət yığmamız yarımfinalda Pakistan komandası ilə qarşılaşıb.
Daha dəqiq oynayan təmsilçilərimiz qızıl medal uğrunda mübarizəni davam etdirəcəklər - 3:0.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.