Bakı. Trend:
Səsvermənin nəticələrinə görə Çempionlar Liqasında vurulan ən yaxşı qolun müəllifi Türkiyənin “Beşiktaş” futbol klubunun forvardı Cenk Tosun oldu.
Trend-in UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Tosunun “Beşiktaş”- “Benfika” görüşündə (3:3) vurduğu qol 41 faiz səs toplayıb. Bununla da türkiyəli forvard səsvermədə "Yuventus" klubunun oyunçusu Mario Manjukiçi və "Real"-dan Kriştiano Ronaldunu qabaqlaya bilib.
Maraqlıdır ki, UEFA-nın texniki müşahidəçiləri bir müddət öncə Çempionlar Liqasında vurulan ən yaxşı qolun müəllifini seçəndə, ən yaxşı qolun müəllifi kimi məs Mario Manjukiçi seçiblər, Tosunun vurduğu qol isə heç onluğa düşməmişdi.