...

Rusiyalı azarkeş: Azərbaycan Formula 1-in təşkilatçılığına görə fərqlənir

İdman Materials 24 İyun 2017 17:30 (UTC +04:00)
Formula 1 yarışının fanatıyam və yarışlara tamaşa etmək üçün ailəmlə birgə Bakıya gəlmişəm.
Rusiyalı azarkeş: Azərbaycan Formula 1-in təşkilatçılığına görə fərqlənir

Bakı. Elçin Mehdiyev – Trend:

Formula 1 yarışının fanatıyam və yarışlara tamaşa etmək üçün ailəmlə birgə Bakıya gəlmişəm.

Bunu Trend-ə rusiyalı qonaq Andrey Maruşin deyib.

A.Maruşin bildirib ki, birinci dəfədir Bakıya gəlir: “Bakı çox gözəl şəhərdir, paytaxt çox xoşuma gəldi”.

Rusiyalı qonaq bildirib ki, Formula 1 yarışı turistlərin ölkəyə cəlb olunması üçün çox əhəmiyyətlidir:

“Dünyada bu yarışı maraqla izləyirlər. Formula 1 yarışını bu gün izləyən xarici qonaqlar, turistlər ölkəni tanıyırlar və sonra təkrar Azərbaycana gəzməyə, istirahət etməyə gələcəklər. Bu dəfə mən də Formula 1 yarışına baxmağa gəlmişəm. Amma növbəti dəfə Bakını yaxşı gəzmək, burada dənizə getmək üçün mütləq yenidən Azərbaycana gələcəyik”.

A.Maruşin Formula 1-in təşkilatçılıq səviyyəsindən çox razı qaldığını bildirib:

“Azərbaycan təşkilatçılığına görə fərqlənir, tamaşaçılar üçün yaxşı şərait yaradılıb”.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti